0
Sunday 11 November 2012 - 08:04

“Sendi“dən ziyan çəkənlər türmələrə yerləşdirilir

Story Code : 210923
“Sendi“dən ziyan çəkənlər türmələrə yerləşdirilir
Şəhər administrasiyası müvəqqəti olaraq 900 nəfəri Steyten-Aylend rayonunda 2011-ci ildən bağlanmış Artur Kill adına türmədə yerləşdirməyi planlaşdırır.

Az.News.az-ın “The New York Times”-a istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda hələ də 40 min nəfər evsiz insan qalır. Yalnız Steyten-Aylend rayonunda 5 mindən artiq insan müvəqqəti sığınacaq üçün müraciət edib.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərində baş vermiş “Sendi” qasırğası nəticəsində 113 nəfər həlak olub. Fəlakət nəticəsində ölkəyə onlarla milyard dollar ziyan dəyib.
Comment