QR CodeQR Code

Yaponiya parlamenti yaxın günlərdə buraxıla bilər

13 Nov 2012 06:39

IslamTimes - Yaponiyanın baş naziri Yosihiko Noda noyabrın sonunadək parlamentin aşağı palatasını buraxmağı nəzərdən keçirir.


Kiodo agentliyinin məlumatına görə, Nümayəndələr palatası noyabrın 22-də buraxıla bilər. Yeni seçkilər isə dekabrın 16-sı və ya 22-nə təyin olunmalıdır.

Baş nazir bəzi həlledici qanun layihələrini parlamentdən keçirmək ümidini itirdikdən sonra bu qərara gəlib. Onun təmsil etdiyi Demokrat partiyasının rəhbərliyi parlamentin buraxılması qərarı ilə razı deyil. Sorğulara əsasən, hazırda müxalifətdə olan Liberal-demokrat partiyasının lideri Sindzo Abe baş nazirdən populyardır.


Story Code: 211428

News Link :
https://www.islamtimes.org/az/news/211428/yaponiya-parlamenti-yaxın-günlərdə-buraxıla-bilər

Islam Times
  https://www.islamtimes.org