QR CodeQR Code

AB Türkiyəyə təzyiqləri artırır

13 Nov 2012 09:28

IslamTimes - Maya Kosyançiç edam cəzasının ağla sığmaz olduğunu dilə gətirib.


Rəcəb Tayyib Ərdoğanın yenidən gündəmə gətirdiyi edam məsələsi ilə yaşanan gərginliklər əsnasında mövzuyla əlaqədar xaricdən ilk reaksiya Avropa Birliyindən gəldi. AB-nin xarici siyasət üzrə rəsmisi Katrin Eştonun sözçüsü Maya Kosyançiç edam cəzasının ağla sığmaz olduğunu dilə gətirib.

Maya Kosyançiç deyib: "Edam cəzası olan ölkəni AB üzvlüyünə qəbul etməmiz mümkün deyil!" O bildirib ki, Türkiyə edam cəzasının ləğvi ilə böyük bir addım atmışdı.

Kosyançiç sözlərinin davamında Türkiyənin Avropa Birliyinə üzv olmaq niyyətində olduğunu xatırladaraq deyib ki, edam hökmü qüvvəyə minərsə AB-nin Türkiyəni üzv olaraq qəbul etməsi qeyri-mümkün olacaq.


Story Code: 211449

News Link :
https://www.islamtimes.org/az/news/211449/ab-türkiyəyə-təzyiqləri-artırır

Islam Times
  https://www.islamtimes.org