0
Tuesday 13 November 2012 - 09:28

AB Türkiyəyə təzyiqləri artırır

Story Code : 211449
AB Türkiyəyə təzyiqləri artırır
Rəcəb Tayyib Ərdoğanın yenidən gündəmə gətirdiyi edam məsələsi ilə yaşanan gərginliklər əsnasında mövzuyla əlaqədar xaricdən ilk reaksiya Avropa Birliyindən gəldi. AB-nin xarici siyasət üzrə rəsmisi Katrin Eştonun sözçüsü Maya Kosyançiç edam cəzasının ağla sığmaz olduğunu dilə gətirib.

Maya Kosyançiç deyib: "Edam cəzası olan ölkəni AB üzvlüyünə qəbul etməmiz mümkün deyil!" O bildirib ki, Türkiyə edam cəzasının ləğvi ilə böyük bir addım atmışdı.

Kosyançiç sözlərinin davamında Türkiyənin Avropa Birliyinə üzv olmaq niyyətində olduğunu xatırladaraq deyib ki, edam hökmü qüvvəyə minərsə AB-nin Türkiyəni üzv olaraq qəbul etməsi qeyri-mümkün olacaq.
Comment