QR CodeQR Code

Almaniyada İslam dini rəsmən qəbul edildi

14 Nov 2012 18:12

IslamTimes - Almaniyada müsəlmanlarla bir əyalət hakimiyyəti arasında ilk dəfə “dövlət sazişi” imzalanıb.


Müsəlmanların din və inanclarının konstitusion olaraq qoruma altına alan müqavilə təsdiq edilməsi üçün əyalət məclisinə göndəriləcək.

ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Hamburqun tarixi Bələdiyyə Sarayında imzalanan müqaviləni hökumət adından əyalətin Baş naziri Olaf Şolz imzalayıb.

Bu ayın sonuna qədər Hamburq əyalət məclisinə göndərilməsi nəzərdə tutulan sazişin təsdiq ediləcəyinə artıq hər kəs inanır. Müqavilədə müsəlmanlar üçün yeni hüquqlar nəzərdə tutulmayıb, ancaq bayram tətili haqqı, dini təhsil, ibadət və dəfn xidmətləri, ibadət yerlərinin inşası kimi haqları qarantiya altına alır.

Olaf Şolz mərasimdəki çıxışında müqavilənin inteqrsiya üçün mühüm rol oynadığını bildirib: “Bu sazişlə birlikdə şəhərimizdə İslam dininin mövcud olduğunu rəsmən qəbul edirik. Hər kəsin bərabərhüquqlu olması hüquqi dövlətin ən böyük özəlliyidir”.

İslam quruluşlarının təmsilçiləri də bu sazişin önəminin böyük olduğunu və tarixi gün yaşadıqlarını vurğulayıblar.


Story Code: 211821

News Link :
https://www.islamtimes.org/az/news/211821/almaniyada-islam-dini-rəsmən-qəbul-edildi

Islam Times
  https://www.islamtimes.org