0
Wednesday 14 November 2012 - 18:12

Almaniyada İslam dini rəsmən qəbul edildi

Story Code : 211821
Almaniyada İslam dini rəsmən qəbul edildi
Müsəlmanların din və inanclarının konstitusion olaraq qoruma altına alan müqavilə təsdiq edilməsi üçün əyalət məclisinə göndəriləcək.

ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Hamburqun tarixi Bələdiyyə Sarayında imzalanan müqaviləni hökumət adından əyalətin Baş naziri Olaf Şolz imzalayıb.

Bu ayın sonuna qədər Hamburq əyalət məclisinə göndərilməsi nəzərdə tutulan sazişin təsdiq ediləcəyinə artıq hər kəs inanır. Müqavilədə müsəlmanlar üçün yeni hüquqlar nəzərdə tutulmayıb, ancaq bayram tətili haqqı, dini təhsil, ibadət və dəfn xidmətləri, ibadət yerlərinin inşası kimi haqları qarantiya altına alır.

Olaf Şolz mərasimdəki çıxışında müqavilənin inteqrsiya üçün mühüm rol oynadığını bildirib: “Bu sazişlə birlikdə şəhərimizdə İslam dininin mövcud olduğunu rəsmən qəbul edirik. Hər kəsin bərabərhüquqlu olması hüquqi dövlətin ən böyük özəlliyidir”.

İslam quruluşlarının təmsilçiləri də bu sazişin önəminin böyük olduğunu və tarixi gün yaşadıqlarını vurğulayıblar.
Comment