QR CodeQR Code

«Müsəlman qardaşlar» Misiri İsraillə bütün münasibətləri kəsməyə çağırıblar

15 Nov 2012 10:06

IslamTimes - Misirin ən nüfuzlu ictimai-siyasi qüvvəsi olan «Müsəlman qardaşlar» islamçı hərəkatı İsrailin Qəzza zolağına hücumunu «əsl cinayət» elan edərək hökuməti Təl-Əvivlə münasibətləri kəsməyə çağırıb.


«Qəzza zolağına qarşı təcavüz əsl cinayətdir və bütün Yaxın Şərq bölgəsində sabitliyə təhlükə yaradır», deyə hərəkatın yaydığı bəyanatda deyilir.

«Müsəlman qardaşları» baş verənlərə görə məsuliyyəti həm də «heç bir cavab tədbiri görməyən» ərəb dövlətlərinin üzərinə qoyublar. Onlar Ərəb Dövlətləri Liqasını müvafiq addımlar atmağa çağırıblar.

Xatırladaq ki, baş verənlərlə bağlı Misir artıq İsraildəki səfirini geri çağırıb, İsrailin bu ölkədəki səfirinə isə nota təqdim olunub.


Story Code: 211960

News Link :
https://www.islamtimes.org/az/news/211960/müsəlman-qardaşlar-misiri-israillə-bütün-münasibətləri-kəsməyə-çağırıblar

Islam Times
  https://www.islamtimes.org