0
Thursday 15 November 2012 - 10:06

«Müsəlman qardaşlar» Misiri İsraillə bütün münasibətləri kəsməyə çağırıblar

Story Code : 211960
«Müsəlman qardaşlar» Misiri İsraillə bütün münasibətləri kəsməyə çağırıblar
«Qəzza zolağına qarşı təcavüz əsl cinayətdir və bütün Yaxın Şərq bölgəsində sabitliyə təhlükə yaradır», deyə hərəkatın yaydığı bəyanatda deyilir.

«Müsəlman qardaşları» baş verənlərə görə məsuliyyəti həm də «heç bir cavab tədbiri görməyən» ərəb dövlətlərinin üzərinə qoyublar. Onlar Ərəb Dövlətləri Liqasını müvafiq addımlar atmağa çağırıblar.

Xatırladaq ki, baş verənlərlə bağlı Misir artıq İsraildəki səfirini geri çağırıb, İsrailin bu ölkədəki səfirinə isə nota təqdim olunub.
Comment