QR CodeQR Code

Qərb İsraili qorumaq üçün danışıqları davam etdirir

17 Nov 2012 16:28

IslamTimes - İsrail Qərb və ərəb dövlətlərindən olan müttəfiqlərinə Fələstinlə sülh bağlanması üçün ağız açmalı olub.


"IslamTimes" "AsiaNews"-a istinadən xəbər verir ki, HƏMAS başçılarından olan İzzət əl-Rişq ötən gün gecə şəxsi Facebook səhifəsində yazıb: "Bir neçə Qərb dövləti İsraillə sülh sazişi bərqərar edilməsi məqsədi ilə HƏMAS-la bağlantı yaradıb."

Qərb dövlətləri HƏMAS-ı elə bir halda sülhə çağırır ki, müharibəni başlayan işğalçı İsrail rejimidir.

Qəsbkar İsrail rejimi Qəzza zolağını atəşə tutduğu elə ilk saatlardan fələstinli mübarizlərdən sarsıdıcı zərbə alıb. Belə ki, bir çox İsrail şəhərləri, hətta Tel-Əvivin mərkəzi raket zərbələrinə tuş gəlib. Bu sürpriz sionistləri şoka salıb.

Görünür məğlubiyyətlə üzləşəcəyini anlayan İsrail Qərb və ərəb dövlətlərindən olan müttəfiqlərinə Fələstinlə sülh bağlanması üçün ağız açmalı olub.


Story Code: 212685

News Link :
https://www.islamtimes.org/az/news/212685/qərb-israili-qorumaq-üçün-danışıqları-davam-etdirir

Islam Times
  https://www.islamtimes.org