0
Saturday 17 November 2012 - 16:28

Qərb İsraili qorumaq üçün danışıqları davam etdirir

Story Code : 212685
Qərb İsraili qorumaq üçün danışıqları davam etdirir
"IslamTimes" "AsiaNews"-a istinadən xəbər verir ki, HƏMAS başçılarından olan İzzət əl-Rişq ötən gün gecə şəxsi Facebook səhifəsində yazıb: "Bir neçə Qərb dövləti İsraillə sülh sazişi bərqərar edilməsi məqsədi ilə HƏMAS-la bağlantı yaradıb."

Qərb dövlətləri HƏMAS-ı elə bir halda sülhə çağırır ki, müharibəni başlayan işğalçı İsrail rejimidir.

Qəsbkar İsrail rejimi Qəzza zolağını atəşə tutduğu elə ilk saatlardan fələstinli mübarizlərdən sarsıdıcı zərbə alıb. Belə ki, bir çox İsrail şəhərləri, hətta Tel-Əvivin mərkəzi raket zərbələrinə tuş gəlib. Bu sürpriz sionistləri şoka salıb.

Görünür məğlubiyyətlə üzləşəcəyini anlayan İsrail Qərb və ərəb dövlətlərindən olan müttəfiqlərinə Fələstinlə sülh bağlanması üçün ağız açmalı olub.
Comment