QR CodeQR Code

"Biz bütün Qəzzəni yerlə yeksan etməliyik"

19 Nov 2012 21:24

IslamTimes - İşğalçı İsrailin sabiq baş naziri Ariel Şaronun oğlu Gilad Şaronun Yerusəlim Post qəzetində yeni məqaləsi dərc olunub


"IslamTimes" xəbər verir ki, İsrailin sabiq baş naziri Ariel Şaronun oğlu Gilad Şaronun Yerusəlim Post qəzetində yeni məqaləsi dərc olunub. O yazır: "Biz bütün Qəzzəni yerlə yeksan etməliyik."

Son günlər ərzində HƏMAS-la sionist rejim arasında yaşanan gərginliklər zamanı 90 fələstinli həlak olub, 740 nəfər yaralanıb.

Gilad Şaron məqaləsində yazır: "Qəzza sakinləri günahsız deyil. Onlar HƏMAS-ı seçiblər. Qəzzalılar girov deyillər. Onlar hazırkı durumu azad şəkildə seçiblər və qarşıda onları gözləyənlərlə üzləşməyə hazır olmalıdırlar."

Şaron "Qəzzanı yerlə yeksan etmək lazımdır" cümləsinin davamında yazır: "Amerikalılar Hiroşimiya atom bombası atdıqdan sonra belə hücumlarını dayandırmadılar. Çünki yaponiyalılar tam təslim olmamışdılar."


Story Code: 213395

News Link :
https://www.islamtimes.org/az/news/213395/biz-bütün-qəzzəni-yerlə-yeksan-etməliyik

Islam Times
  https://www.islamtimes.org