0
Monday 19 November 2012 - 21:24

"Biz bütün Qəzzəni yerlə yeksan etməliyik"

Story Code : 213395
"Biz bütün Qəzzəni yerlə yeksan etməliyik"
"IslamTimes" xəbər verir ki, İsrailin sabiq baş naziri Ariel Şaronun oğlu Gilad Şaronun Yerusəlim Post qəzetində yeni məqaləsi dərc olunub. O yazır: "Biz bütün Qəzzəni yerlə yeksan etməliyik."

Son günlər ərzində HƏMAS-la sionist rejim arasında yaşanan gərginliklər zamanı 90 fələstinli həlak olub, 740 nəfər yaralanıb.

Gilad Şaron məqaləsində yazır: "Qəzza sakinləri günahsız deyil. Onlar HƏMAS-ı seçiblər. Qəzzalılar girov deyillər. Onlar hazırkı durumu azad şəkildə seçiblər və qarşıda onları gözləyənlərlə üzləşməyə hazır olmalıdırlar."

Şaron "Qəzzanı yerlə yeksan etmək lazımdır" cümləsinin davamında yazır: "Amerikalılar Hiroşimiya atom bombası atdıqdan sonra belə hücumlarını dayandırmadılar. Çünki yaponiyalılar tam təslim olmamışdılar."
Comment