QR CodeQR Code

Üçlük Suriya məsələsini müzakirə edəcəklər

20 Nov 2012 19:44

IslamTimes - D-8 ölkələrinin sammiti çərçivəsində İslamabadda İran, Türkiyə və Misir xarici işlər nazirləri arasında Suriya məsələsi ilə əlaqədar görüş keçiriləcək.


SalamNews-un IRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə mətbuat konfransında çıxışı zamanı İranın Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Ramin Mehmanpərəst məlumat verib.

Onun sözlərinə görə, Misir Prezidenti Məhəmməd Mürsinin təşəbbüsü ilə Suriya üzrə işçi qrup yaradılıb.

“Əlaqələndirmə qrupuna İran, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri daxildir. Lakin, qarşıdan gələn 3-cü iclasda Səudiyyə Ərəbistanı nümayəndəsi iştirak etməyəcək. İlk iki görüş Qahirə və Nyu-Yorkda keçirilib”,- Ramin Mehmanpərəst deyib.

O, ölkəsinin Suriyada atəşin dayandırılması və sülhün bərqərar olunması üçün istənilən tədbirləri dəstəklədiyini bildirib.

“Suriya xalqı kiminsə dövlətin daxili işlərinə qarışmasına imkan verməyəcək və öz taleyini özü həll edəcək”, - İran XİN nümayəndəsi əlavə edib.


Story Code: 213706

News Link :
https://www.islamtimes.org/az/news/213706/üçlük-suriya-məsələsini-müzakirə-edəcəklər

Islam Times
  https://www.islamtimes.org