QR CodeQR Code

Əsgər özünü doğradı

22 Nov 2012 19:34

IslamTimes - Milli ordunun əsgəri zülmə dözməyərək, özünə ağır xəsarət yetirib.


Ağdam rayonundakı N saylı hərbi hissədə hərbi xidmətdə olan Əliyev Rüfət İsgəndər oğlu özünə ağır xəsarət yetirib.

Damarlarını doğrayan əsgər təcili olaraq Müdafiə Nazirliyinin Kliniki Hərbi Hospitalına gətirilib. Hadisə komandirlə yaranan mübahisə nəticəsində baş verib. Mübahisəyə səbəb isə əsgərin ailəsinə onunla görüşünə icazə verilməməsi olub.

Müdafiə Nazirliyi əsgərin özünə xəsarət yetiməsi ilə bağlı məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev həmin əsgərin dünən hospitala daxil olduğunu deyib: "O, qoluna xəsarət yetirib."

Valideyinlərinin əsgərlə görüşünə imkan yaradılmamasının səbəbinə gəlincə, nazirlik rəsmisi hospitala yerləşdiriləndən 10 dəqiqə sonra görüş imkanı yaradıldığını vurğulayıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

AzNews.az


Story Code: 214423

News Link :
https://www.islamtimes.org/az/news/214423/əsgər-özünü-doğradı

Islam Times
  https://www.islamtimes.org