QR CodeQR Code

ABŞ və Sionistlər dövrümüzün Yezidləridir

İslamtimes , 26 Nov 2012 16:26

İslamtimes - Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah deyib ki, ABŞ və Sionist rejimi dövrümüzün yezidləridir və onlar bizim xalqlarımızı, müqəddəslərimizi, şərəf və dinimizi hədəfə aldıqları üçün onlarla mübarizə aparmalıyıq.


www.islamtimes.org/az/ - Nəsrullah bu sözləri Beyrutun cənubunda Kərbəla şəhidlərinin anma mərasimində çıxışı zamanı demişdir.

Həzrəti Muhəmməd Peyğəmbərin (s) təhqir edilməsinə və dünya Müsəlmanlarının, məxsusən də Livan xalqının bu təhqirə qarşı münasibətinə toxunan Nəsrullah deyib ki, bugün sanki Aşura günüdür və bütün Müsəlman xalqlar gərək sakit durmaya və müqəddəslərini və dinlərini müdafiə edələr.

İsrail əvəzinə İranı düşmən kimi göstərmək üçün düşmənin bəzi hiylələrini ifşa edən Nəsrullah deyib ki, bizim ən ümdə məsələmiz düşmənin hiyləsinə qarşı mübarizə aparmaqdır və biz müsəlmanlara həqiqi düşməni dost kimi qəbul etməməyə səsləyirik.

Hizbullah baş katibi həmçinin İsraili Müsəlman xalqların dostu kimi təqdim etməyə çalışan bəzi müsəlman dövlətlərin rəhbərlərinə xəbərdarlıq edərək deyib ki, onların Sionist rejimini qoruyub saxlamaq üçün etdikləri mücadilə onlara kömək etməyəcək, çünki düşmənin təbiəti və həqiqi xarakteri dəyişə bilməz.


Story Code: 215356

News Link :
https://www.islamtimes.org/az/news/215356/abş-və-sionistlər-dövrümüzün-yezidləridir

Islam Times
  https://www.islamtimes.org