0
Monday 26 November 2012 - 16:26

ABŞ və Sionistlər dövrümüzün Yezidləridir

Story Code : 215356
ABŞ və Sionistlər dövrümüzün Yezidləridir
ABŞ və Sionistlər dövrümüzün Yezidləridir
www.Islam times.org/az/ - Nəsrullah bu sözləri Beyrutun cənubunda Kərbəla şəhidlərinin anma mərasimində çıxışı zamanı demişdir.

Həzrəti Muhəmməd Peyğəmbərin (s) təhqir edilməsinə və dünya Müsəlmanlarının, məxsusən də Livan xalqının bu təhqirə qarşı münasibətinə toxunan Nəsrullah deyib ki, bugün sanki Aşura günüdür və bütün Müsəlman xalqlar gərək sakit durmaya və müqəddəslərini və dinlərini müdafiə edələr.

İsrail əvəzinə İranı düşmən kimi göstərmək üçün düşmənin bəzi hiylələrini ifşa edən Nəsrullah deyib ki, bizim ən ümdə məsələmiz düşmənin hiyləsinə qarşı mübarizə aparmaqdır və biz müsəlmanlara həqiqi düşməni dost kimi qəbul etməməyə səsləyirik.

Hizbullah baş katibi həmçinin İsraili Müsəlman xalqların dostu kimi təqdim etməyə çalışan bəzi müsəlman dövlətlərin rəhbərlərinə xəbərdarlıq edərək deyib ki, onların Sionist rejimini qoruyub saxlamaq üçün etdikləri mücadilə onlara kömək etməyəcək, çünki düşmənin təbiəti və həqiqi xarakteri dəyişə bilməz.
Source : İslamtimes
Comment