QR CodeQR Code

Ehud Barak da məğlubiyyət acısına dözmədi

26 Nov 2012 22:23

IslamTimes - İşğalçı İsrailin müdafiə naziri Ehud Barak gələn ilin yanvarında keçiriləcək seçkilərdən sonra siyasətdən gedəcəyini açıqlayıb.


Xatırladaq ki, daha öncə sionist rejimin baş naziri Benyamin Netanyahunun Qəzzada yaşadıqları ağır məğlubiyyət səbəbindən Ehud Barakdan hökumətin tərkibindən çıxmağı tələb etdiyi barədə xəbər vermişdik. BBC-nin verdiyi məlumata görə, E. Barak özü iddia edib ki, mütaliə etmək, yazmaq, və vaxtını xoş keçirmək üçün istefa verir. O, seçkilərdən sonra yeni hökumət formalaşana qədər vəzifəsində qalacağını deyib.

Qeyd edək ki, E. Barak 39 il işğalçı İsrail ordusunda xidmət edib, Baş Qərargah rəisi vəzifəsinə qədər yüksəlib. 1999-2001-ci illərdə baş nazir vəzifəsini tutub. /APA/


Story Code: 215451

News Link :
https://www.islamtimes.org/az/news/215451/ehud-barak-da-məğlubiyyət-acısına-dözmədi

Islam Times
  https://www.islamtimes.org