0
Monday 26 November 2012 - 22:23

Ehud Barak da məğlubiyyət acısına dözmədi

Story Code : 215451
Ehud Barak da məğlubiyyət acısına dözmədi
Xatırladaq ki, daha öncə sionist rejimin baş naziri Benyamin Netanyahunun Qəzzada yaşadıqları ağır məğlubiyyət səbəbindən Ehud Barakdan hökumətin tərkibindən çıxmağı tələb etdiyi barədə xəbər vermişdik. BBC-nin verdiyi məlumata görə, E. Barak özü iddia edib ki, mütaliə etmək, yazmaq, və vaxtını xoş keçirmək üçün istefa verir. O, seçkilərdən sonra yeni hökumət formalaşana qədər vəzifəsində qalacağını deyib.

Qeyd edək ki, E. Barak 39 il işğalçı İsrail ordusunda xidmət edib, Baş Qərargah rəisi vəzifəsinə qədər yüksəlib. 1999-2001-ci illərdə baş nazir vəzifəsini tutub. /APA/
Comment