QR CodeQR Code

Yaponiyada 40 min ailə elektriksiz qalıb

27 Nov 2012 08:46

IslamTimes - Yaponiyanın şimalındakı Xokkaydo adasında güclü külək və qar ucbatından təxminən 40 min ailə elektriksiz qalıb.


Bu barədə APA Kiodo agentliyinə istinadən məlumat verir.

Xokkaydoda küləyin sürəti saniyədə 40 metrə çatır, güclü qar yağır, çovğun var. Şiddətli külək elektrik dirəklərini aşırır.

Muroran şəhərində tibb müəssisələri elektriksiz qalıb. 89 elektrik qatarı dayandırılıb, 70 məktəbdə dərslər keçirilmir.

Sinoptiklərin proqnozuna görə əlverişsiz hava şəraiti bir gün də davam edəcək.


Story Code: 215513

News Link :
https://www.islamtimes.org/az/news/215513/yaponiyada-40-min-ailə-elektriksiz-qalıb

Islam Times
  https://www.islamtimes.org