QR CodeQR Code

İslam Rəhbəri: İran regionda və dünyada böyük nüfuza malikdir

İslamtimes , 28 Nov 2012 22:50

İslamtimes - İslam İnqilabının rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei deyib ki, İranın regional və qlobal inkişafa böyük təsiri var.


islamtimes.org/az/ - İslam Rəhbəri 27 noyabrda İran Hərbi Donanma günü münasibəti ilə İran Hərbi Donanma komandirləri qarşısında çıxış edərək deyib: “Regionda və dünyada mövcud olan halhazırkı şəraitə ötəri də olsa nəzər salsaq İranın dünyadakı təsir dairəsini görə bilərik.”

İslam rəhbəri deyib: “Qərbin Yaxın Şərq siyasəti ilə İslam Respublikasının Yaxın Şərq siyasətini müqayisə etsək, çox açıq şəkildə görə bilərik ki, İslam Respublikasının regional siyasəti öz hədəflərinə çox yaxınlaşıb.”

Ayətullah əl üzma Xamenei həmçinin İslam Respublikasının uzun müddətli olan hədəflərini qeyd etmiş və İslami quruluşunun nailiyyətləri haqqında danışmışdır.

İslam Rəhbəri sözlərinə davam edərək bildirib ki, İranın əldə etdiyi nailiyyətlər İslam Respublikasının niyə bu qədər mənfi hallar ilə üzləşdiyini izah edir.

Ayətullah əl üzma Xamenei Oman dənizinin sahil ərazilərini və qonşu Makran ərazisini İranın böyük milli sərvəti adlandırıb.


Story Code: 216098

News Link :
https://www.islamtimes.org/az/news/216098/islam-rəhbəri-iran-regionda-və-dünyada-böyük-nüfuza-malikdir

Islam Times
  https://www.islamtimes.org