QR CodeQR Code

Bombasız bomba oğlanlar

30 Nov 2012 13:18

IslamTimes - Liviyanın sabiq başçısı Müəmmar Qəddafinin daha bir sirrinin üstü açılıb.


M. Qəddafi Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ilk müsəlman nüvə bombasının yaradılmasını təklif etmişdi. Bu barədə Qazaxıstanın keçmiş xarici işlər naziri, BMT baş katibinin müavini Qasımcomərt Tokayev mətbuata açıqlama verib.
Onun sözlərinə görə, 1992-ci ildə XİN-in diplomatik kanalları ilə Qəddafidən Nazarbayevə məktub gəlib və bu məktubda ölkənin ərazisində ilk müsəlman nüvə bombası qismində nüvə arsenalının yerləşdirilməsi təklif edilib. Bunun əvəzində Liviya Cümhuriyyətinin başçısı onların saxlanılması üçün milyardlarla pul yardımının ediləcəyini söz verib. /HaqqYolu/


Story Code: 216488

News Link :
https://www.islamtimes.org/az/news/216488/bombasız-bomba-oğlanlar

Islam Times
  https://www.islamtimes.org