QR CodeQR Code

NATO sözçüsü: Patriot raketləri Türkiyədə bir neçə həftə içərisində qurula bilər

İslamtimes , 1 Dec 2012 15:34

İslamtimes - NATO sözçüsü deyib ki, Qərb aliyansına Patriot raket sistemlərini Türkiyə Suirya sərhəddinə yerləşdirməsi üçün aylar yox, bir neçə həftə lazım gələcək.


islamtimes.org/az/ - 21 Noyabrda Türkiyə rəsmi şəkildə NATO-dan Suriya ilə sərhədlərini müdafiə etmək üçün Patriot raket sistemlərini yerləşdiməyi xahiş etmişdir.

NATO sözçüsü Oana Lungescu cümə günü Brusseldə deyib: “Əgər qərar həyata keçirilsə bizə ay yox, sadəcə bir neçə həftə lazım olacaq.”

Halhazırda Türkiyə-NATO nümayəndələri raketlərin yerləşdirilməsi üçün əlverişli ərazinin seçimini müzakirə edirlər. Ankara bunun Suriyadan gələ biləcək hərbi təhdidlərin qarşısını almaq üçün edildiyini bidirib.

23 Noyabrda Dəməşq Ankaranı Suriya ilə sərhəddə Patriot raket sistemini quraşdırmaq planlarına görə tənqid etmiş və bu hərəkəti Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni təxribat planı adlandırmışdır.

Suriya dövlət rəsmisi televiziya vasitəsilə çıxışı zamanı demişdir: “Suriya Ərdoğanı Suriya Türkiyə sərhəddindəki vəziyyəti hərbiləşdirməkdə və gərginliyi artırmaqda günahkar bilir.”


Story Code: 216827

News Link :
https://www.islamtimes.org/az/news/216827/nato-sözçüsü-patriot-raketləri-türkiyədə-bir-neçə-həftə-içərisində-qurula-bilər

Islam Times
  https://www.islamtimes.org