0
Saturday 1 December 2012 - 15:34

NATO sözçüsü: Patriot raketləri Türkiyədə bir neçə həftə içərisində qurula bilər

Story Code : 216827
NATO sözçüsü: Patriot raketləri Türkiyədə bir neçə həftə içərisində qurula bilər
NATO sözçüsü: Patriot raketləri Türkiyədə bir neçə həftə içərisində qurula bilər
Islam times.org/az/ - 21 Noyabrda Türkiyə rəsmi şəkildə NATO-dan Suriya ilə sərhədlərini müdafiə etmək üçün Patriot raket sistemlərini yerləşdiməyi xahiş etmişdir.

NATO sözçüsü Oana Lungescu cümə günü Brusseldə deyib: “Əgər qərar həyata keçirilsə bizə ay yox, sadəcə bir neçə həftə lazım olacaq.”

Halhazırda Türkiyə-NATO nümayəndələri raketlərin yerləşdirilməsi üçün əlverişli ərazinin seçimini müzakirə edirlər. Ankara bunun Suriyadan gələ biləcək hərbi təhdidlərin qarşısını almaq üçün edildiyini bidirib.

23 Noyabrda Dəməşq Ankaranı Suriya ilə sərhəddə Patriot raket sistemini quraşdırmaq planlarına görə tənqid etmiş və bu hərəkəti Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni təxribat planı adlandırmışdır.

Suriya dövlət rəsmisi televiziya vasitəsilə çıxışı zamanı demişdir: “Suriya Ərdoğanı Suriya Türkiyə sərhəddindəki vəziyyəti hərbiləşdirməkdə və gərginliyi artırmaqda günahkar bilir.”
Source : İslamtimes
Comment