QR CodeQR Code

Ankara Suriya siyasəti müqabilində çıxılmaz vəziyyətə düşüb

İslamtimes , 12 Dec 2012 13:56

İslamtimes - Türkiyənin müxalifət Milli Hərəkat partiyasının sədri Türk hökumətini qonşu Suriyadakı vəziyyət ilə əlaqədar olaraq yürütdüyü siyasəti kəskin tənqid edib.


www.islamtimes.org/az/ - Dövlət Bahçeli parlamentdə çıxışı zamanı deyib ki, Ankara Suriyaya qarşı yeritdiyi siyasət və heç bir nəticə verməyən prezident Bəşər Əsədə qarşı etdiyi təhdidlər üzündən çıxılmaz vəziyyətə düşüb.

O sözünə davam edərək deyib ki, çox təəssüflər olsun ki, Ankarının qonşular ilə “sıfır problem” siyasəti əksinə tətbiq edilib və Türkiyə regional münaqişənin mərkəzinə çevrilib.

Bahçeli həmçinin hökuməti xarici siyasətə yenidən nəzər salmağa səsləmiş və onu milli maraqlar çərçivəsində qurmağa çağırmışdır.

O bu açıqlamanı Türkiyənin NATO-nun Patriot raketlərini Suirya ilə sərhəddə yerləşdirməsini tələb etməklə Dəməşqə qarşı düşmən siyasətini artırdıqdan sonra etdi.

Suriya hökuməti deyib ki, ölkədəki münaqişə xaricdən idarə edilir və əldə olan sübutlara əsasən üsynaçıların əksəriyyəti xarici vətəndaşlardır.

Keçən həftə Suriyaya məxsus Əl Vətən qəzeti hökumətə qarşı döyüşərkən öldürülən və 18 ölkədən olan 142 xarici döyüşçülərin adını dərc edib. 50-dən çoxu Səudiyyə vətəndaşı olub.

Qəzetə əsasən onların ən çoxu əl Qaidə və digər terrorist təşkilatların üzvüdürlər və Suriyaya Türkiyə və Livan vasitəsilə gəliblər.


Story Code: 220559

News Link :
https://www.islamtimes.org/az/news/220559/ankara-suriya-siyasəti-müqabilində-çıxılmaz-vəziyyətə-düşüb

Islam Times
  https://www.islamtimes.org