0
Wednesday 12 December 2012 - 13:56

Ankara Suriya siyasəti müqabilində çıxılmaz vəziyyətə düşüb

Story Code : 220559
Ankara Suriya siyasəti müqabilində çıxılmaz vəziyyətə düşüb
Ankara Suriya siyasəti müqabilində çıxılmaz vəziyyətə düşüb
www.Islam times.org/az/ - Dövlət Bahçeli parlamentdə çıxışı zamanı deyib ki, Ankara Suriyaya qarşı yeritdiyi siyasət və heç bir nəticə verməyən prezident Bəşər Əsədə qarşı etdiyi təhdidlər üzündən çıxılmaz vəziyyətə düşüb.

O sözünə davam edərək deyib ki, çox təəssüflər olsun ki, Ankarının qonşular ilə “sıfır problem” siyasəti əksinə tətbiq edilib və Türkiyə regional münaqişənin mərkəzinə çevrilib.

Bahçeli həmçinin hökuməti xarici siyasətə yenidən nəzər salmağa səsləmiş və onu milli maraqlar çərçivəsində qurmağa çağırmışdır.

O bu açıqlamanı Türkiyənin NATO-nun Patriot raketlərini Suirya ilə sərhəddə yerləşdirməsini tələb etməklə Dəməşqə qarşı düşmən siyasətini artırdıqdan sonra etdi.

Suriya hökuməti deyib ki, ölkədəki münaqişə xaricdən idarə edilir və əldə olan sübutlara əsasən üsynaçıların əksəriyyəti xarici vətəndaşlardır.

Keçən həftə Suriyaya məxsus Əl Vətən qəzeti hökumətə qarşı döyüşərkən öldürülən və 18 ölkədən olan 142 xarici döyüşçülərin adını dərc edib. 50-dən çoxu Səudiyyə vətəndaşı olub.

Qəzetə əsasən onların ən çoxu əl Qaidə və digər terrorist təşkilatların üzvüdürlər və Suriyaya Türkiyə və Livan vasitəsilə gəliblər.
Source : İslamtimes
Comment