QR CodeQR Code

ABŞ Suriya müxalifətini həm terrorçu, həm də qanuni kimi tanıyır

12 Dec 2012 15:47

IslamTimes - ABŞ prezidenti Barak Obama bildirib ki, ABŞ Suriyanın müxalifət qüvvələrinin koalisiyasını Suriya xalqının qanuni təmsilçisi olaraq tanıyır.


ABŞ prezidenti “ABC News” telekanalına müsahibəsi zamanı bildirib ki, onlar artıq Suriyanın müxalifətini ölkənin qanuni qüvvəsi olaraq tanıyır.

Buna qədər bir sıra Avropa ölkələri, habelə Türkiyə Suriya müxalifətini Suriya xalqının yeganə təmsilçisi olaraq tanıyır.

Bununla yanaşı, ötən gün ABŞ Dövlət Departamenti Suriya hökumət qüvvələrinə qarşı əsas mübarizə aparan Suriyanın “əl-Nusra cəbhəsi” qruplaşmasını terrorçu təşkilatlar siyahısına daxil edib. Vaşinqtondan bildirilib ki, 2011-ci ildə Suriya hakimiyyətini devirmək niyyəti ilə təsis edilmiş təşkilat yeni ad altında gizlənərək İraqda “Əl-Qaidə” terror təşkilatının tərkibində fəaliyyət göstərir. Həmin təşkilat isə özünü Suriya müxalifətinin əsas hissəsi kimi göstərir.

Departamentin qərarı ilə ABŞ qanunvericiliyinə görə, bu təşkilata hər hansı bir dəstəyin verilməsi qadağan edilir. /Deyerler/


Story Code: 220591

News Link :
https://www.islamtimes.org/az/news/220591/abş-suriya-müxalifətini-həm-terrorçu-də-qanuni-kimi-tanıyır

Islam Times
  https://www.islamtimes.org