QR CodeQR Code

Suriyadakı kimyəvi silahlar Hizbullaha ötürüləcəyi təqdirdə İsrail hərəkətə keçəcək

İslamtimes , 12 Dec 2012 21:58

İslamtimes - İsrail rejiminin ABŞ-dakı sionist səfiri bazar günü xəbərdarlıq edərək bildirib ki, əgər Əsəd rejimindən kimyəvi silahların Hizbullah kimi “ekstremist qruplara” ötürüləcəyi haqqında hər hansı bir sübut olsa, bu zaman İsrail dərhal hərəkətə keçəcək.


islamtimes.org/az/ - O bu açqılamanı Suriya rejiminin öldürücü sinir qazlarının komponentlərini daşıdığını və qarışdırdığı haqqında iddialar yayıldıqdan sonra edib. Səfir Micheal Oren deyib ki, o bu iddiaların təsdiqini tapa bilməyib ancaq İsrail vəziyyəti çox diqqətlə izləyir.

O Fox Nyusa müsahibəsində deyib: “Əgər bu silahlar yalnış əllərə, məsələn Hizbullaha keçərsə, bu zaman biz sakit qalmayacayıq. Bizim bu silahların yalnış əllərə keçməməsi üçün qırmızı xəttimiz var.”

Sionistin “qırmızı xətti” ABŞ-dan təmamilə fərqlidir. Sionistlər “qırmızı xətti” kimyəvi silahların “ekstremist qrupların” əlinə keçməməsi kimi dəyərləndirdikləri halda Obama administratiyası Bəşər Əsədin xalqına qarşı kimyəvi silahlardan istifadə edəcəyi təqdirdə hərkətə keçəcəyini bildirib.

Fox Nyusun bildirdiyinə görə iddialara görə artıq keçən həftə Suriya ordusu kimyəvi silahları qataraq onları Suriya xalqına qarşı istifadə etmək üçün bombalara doldurub. Ancaq Sionistlərə məxsus olan Yerusəlim Post deyib ki, Dəməşq heç vaxt kimyəvi silahlara sahib olduğunu təsdiq etməyib və ondan heç vaxt xalqına qarşı istifadə etməyəcəyini bildirib.


Story Code: 220715

News Link :
https://www.islamtimes.org/az/news/220715/suriyadakı-kimyəvi-silahlar-hizbullaha-ötürüləcəyi-təqdirdə-israil-hərəkətə-keçəcək

Islam Times
  https://www.islamtimes.org