QR CodeQR Code

Qərb region inqliablarının hədəfini dəyişmək istəyir

İslamtimes , 14 Dec 2012 02:57

İslamtimes - İranın xarici işlər naziri xəbərdarlıq edərək bildirib ki, Qərb regionda öz kukla diktatorlarını itirdikdən sonra baş verən inqilabların hədəfini dəyişmək istəyir.


islamtimes.org/az/ - Çərşənbə günü siyasi ekspertlər ilə görüşən Əli Əkbər Salehi deyib: “Qərb region rejimlərinin bəzi rəhbərlərinin dəstəkləyirdi və xalqın qələbəsindən sonra isə o inqilabın hədəfini dəyişmək və onu öz maraqları istiqamətində yönəltmək istəyir.”

Salehi Qərbin Tunisin devrilmiş diktatoru Zeyn əl Abidin Əliyə və Misirin sabiq diktatoru Husni Mübarəkə onların son anlarına qədər verdiyi dəstəyi xatırlatmış və Qərbi özünü xalqı müdafiə edən göstərərək inqilabları təhrif etməyə çalışmaqda ittiham etmişdir.

Nazir deyib ki, Qərb insan hüquqları və nüvə enerjisi haqqında çox paradoks bir siyasətə sahibdir.

Salehi Qərbi Bəhreyndə insan hüquqlarının kobud şəkildə pozulmasına göz yummaqda və Suriyada isə ölkə infrastrukturuna və xalqına xeyli ziyan vuran üsyançıları silah-sursatla təmin etdiyi və bununlada ölkədə münaqişəyə səbəb olduğu üçün tənqid edib.

İran rəsmisi bir daha ölkədəki münaqişəyə son qoymaq üçün dialoqun mühümlüyün xatırlatmış və Tehranın bu yönümdə addım atdığını bildirmişdir.


Story Code: 221102

News Link :
https://www.islamtimes.org/az/news/221102/qərb-region-inqliablarının-hədəfini-dəyişmək-istəyir

Islam Times
  https://www.islamtimes.org