QR CodeQR Code

Türkiyənin patriot raket sistemi dünya müharibəsinə yol aça bilər

İslamtimes , 16 Dec 2012 16:14

İslamtimes - İran Hərbi Qüvvələrinin komandiri General Mayor Həsən Firuzabadi xəbərdarlıq edərək bildirib ki, NATO-nun Patriot raket sisteminin Türkiyənin Suriya ilə sərhəddində yerləşdirliməsi dünya müharibəsinə yol aça bilər.


islamtimes.org/az/ - Şənbə günü Firuzabadi deyib: “Bu raket sistemlərindən hər biri dünya xəritəsinin qara ləkəsidir və dünya müharibəsi başlatmaq məqsədi güdür.”

Firuzabadi xəbərdarlıq edərək bildirib: “Təəssüflər olsun ki, Qərb dövlətləri bir-birinin ardınca Patriot raket sistemlərinin Türkiyənin Suirya ilə sərhəddində yerləşdirilməsinə razılıq verirlər və onlar bununla həm insanlığın gələcəyi, həm də Avropanın gələcəyi üçün çox təhlükəli olacaq dünya müharibəsi başlatmağı planlaşdırırlar.”

İranlı komandir əlavə edərək deyib: “Patriot raket sistemindən məqsəd Sionistlərin müdafiəsini təmin etmək və Qərbin İranın raket sistemi haqqındakı narahatçılığı və Rusiyanın Suriyanı müdafiə etməsindəndir.”

Rusiya, Suriya və İrandan olan kəskin müxalifətçiliyə baxmayaraq 4 dekabrda Türkiyənin tələbi üzrə NATO Patriot raket sistemini Türkiyənin Suriya ilə sərhəddində yerləşdirməyə razılıq verib.

İranlı komandir Avropa, ABŞ və Türkiyəyə məsləhət görərək regiondan bu raket sisteminin yığışdırılmasını tələb edib və əks təqdirdə özlərinin belə son qoya bilməyəcəyi bir alova səbəb olacağını bildirib.


Story Code: 221856

News Link :
https://www.islamtimes.org/az/news/221856/türkiyənin-patriot-raket-sistemi-dünya-müharibəsinə-yol-aça-bilər

Islam Times
  https://www.islamtimes.org