QR CodeQR Code

Birləşmiş Ərəb Əmirlikləri Misirdə çevriliş ardınca

18 Dec 2012 11:32

IslamTimes - KİV-də yer alan xəbərlərdə Misir inqilabına zərbə vurmaq istəyən qrupların uyğun qarışıqlıqlardan istifadə etmək niyyətində olduğu bildirilir.


"IslamTimes" Livanın "Əd-Diyar" qəzetinə istinadən xəbər verir ki, Misirdə son günlər baş verən qarşıdurmalarla bağlı şok xəbərlər ortaya çıxıb. Dünya KİV-də yer alan xəbərlərdə Misir inqilabına zərbə vurmaq istəyən qrupların uyğun qarışıqlıqlardan istifadə etmək niyyətində olduğu bildirilir. Uyğun mövzu ilə bağlı Müsəlman Qardaşlarının siyasi qollarından olan Azadlıq və Ədalət Partiyasının İnformasiya Komitəsinin üzvü Məhəmməd Cəmaləddin deyib: "Misirdə prezidentliyə namizəd olmuş Əhməd Şəfiq Birləşmiş Ərəb Əmirliklərini Misir Prezidenti Məhəmməd Mursiyə qarşı çevriliş üçün özünə qərargah seçib.

Məhəmməd Cəmaləddin əlavə edib: "Əhməd Şəfiqin yaxınlarından verilən məlumata əsasən, son günlər Əhməd Şəfiq dəfələrlə Dubay və Əbuzəbi yə səfər edib."

Şəfiqin Dubay polis rəisi Zahi Xəlfan ilə də görüş keçirdiyi və BƏƏ-nin Misirdə hər hansı aksiya keçirilməsini dəstəkləcəyi bildirilir.


Story Code: 222353

News Link :
https://www.islamtimes.org/az/news/222353/birləşmiş-ərəb-əmirlikləri-misirdə-çevriliş-ardınca

Islam Times
  https://www.islamtimes.org