0
Tuesday 18 December 2012 - 11:32

Birləşmiş Ərəb Əmirlikləri Misirdə çevriliş ardınca

Story Code : 222353
Birləşmiş Ərəb Əmirlikləri Misirdə çevriliş ardınca
"IslamTimes" Livanın "Əd-Diyar" qəzetinə istinadən xəbər verir ki, Misirdə son günlər baş verən qarşıdurmalarla bağlı şok xəbərlər ortaya çıxıb. Dünya KİV-də yer alan xəbərlərdə Misir inqilabına zərbə vurmaq istəyən qrupların uyğun qarışıqlıqlardan istifadə etmək niyyətində olduğu bildirilir. Uyğun mövzu ilə bağlı Müsəlman Qardaşlarının siyasi qollarından olan Azadlıq və Ədalət Partiyasının İnformasiya Komitəsinin üzvü Məhəmməd Cəmaləddin deyib: "Misirdə prezidentliyə namizəd olmuş Əhməd Şəfiq Birləşmiş Ərəb Əmirliklərini Misir Prezidenti Məhəmməd Mursiyə qarşı çevriliş üçün özünə qərargah seçib.

Məhəmməd Cəmaləddin əlavə edib: "Əhməd Şəfiqin yaxınlarından verilən məlumata əsasən, son günlər Əhməd Şəfiq dəfələrlə Dubay və Əbuzəbi yə səfər edib."

Şəfiqin Dubay polis rəisi Zahi Xəlfan ilə də görüş keçirdiyi və BƏƏ-nin Misirdə hər hansı aksiya keçirilməsini dəstəkləcəyi bildirilir.
Comment