QR CodeQR Code

Obama tək qalır

APA , 22 Dec 2012 08:39

IslamTimes - Maliyyə naziri Timoti Qaytner, Pentaqonun başçısı Leon Panetta və ədliyyə naziri Erik Holderdən sonra dövlət katibi Hillari Klinton da Obamaya şok yaşatdı.


Barak Obama Senatın beynəlxalq məsələlər komitəsinin sədri Con Kerrinin namizədliyini dövlət katibi postuna irəli sürüb.

Kerrinin dövlət katibi postuna təyin ediləcəyi barədə senatorun köməkçiləri keçən həftə məlumat vermişdilər. Bu vəzifəyə əvvəlki namizəd, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays öz namizədliyini ötən həftə geri götürmüşdü. Süzan Rays sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna edilmiş hücum barədə keçirilən dinləmələrdə suallara cavab verərkən buraxdığı kobud səhvlər onun sözügedən vəzifəyə olan şanslarını sıfıra endirmişdi.

69 yaşlı Kerri 1985-ci ildən Senatdadır. 2004-cü ildə prezidentliyə namizədliyini irəli sürsə də Corc Buşa uduzub.

Obamanın ikinci prezidentliyi dövründə hökumət kabineti bir sıra dəyişikliklərə uğrayacaq. Müxtəlif böhranlar səbəbindən hazırkı dövlət katibi Hillari Klinton, maliyyə naziri Timoti Qaytner, Pentaqonun başçısı Leon Panetta və ədliyyə naziri Erik Holder hökumətdə iştirak etməyəcəklər.


Story Code: 223645

News Link :
https://www.islamtimes.org/az/news/223645/obama-tək-qalır

Islam Times
  https://www.islamtimes.org