QR CodeQR Code

İtaliya prezidenti parlamenti buraxıb

23 Dec 2012 08:12

IslamTimes - İtaliya prezidenti Corco Napolitano ölkə parlamentinin buraxılması barədə fərman imzalayıb.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Corco Napolitano jurnalistlərlə görüşdə deyib ki, bu qərar əsas siyasi partiya liderləri ilə hökumət böhranı ilə bağlı məsləhətləşmələrdən sonra qəbul olunub.

Qeyd edək ki, prezident cümə günü baş nazir Mario Montinin istefasını qəbul edib.

Gözlənilir ki, yeni parlament seçkiləri 2013-cü ilin fevralın 24-də keçiriləcək.


Story Code: 223989

News Link :
https://www.islamtimes.org/az/news/223989/italiya-prezidenti-parlamenti-buraxıb

Islam Times
  https://www.islamtimes.org