QR CodeQR Code

Səudiyyəli məhbusların 70%-i ali təhsillidir

24 Dec 2012 10:30

IslamTimes - Səudiyyə Ərəbistanı həbsxanalarında olan məhbusların 90%-i işsiz, 70%-i ali təhsilli vətəndaşlardır.


"IslamTimes" "Ər-Riyaz" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin yaydığı bəyanata əsasən bu ölkədə məhbusların 90%-i işsiz, 70%-i ali təhsilli vətəndaşlardır.

Ər-Riyaz qəzeti 2 il öncə açıqlanan bu hesabata işarə ilə bildirib ki, bu günədək uyğun problemin həlli ilə bağlı heç bir addım atılmayıb.

Bu ölkədə diktatura rejiminə etiraz edənlər vəhşicəsinə susdurulur, şəxsi mənafeini güdən bir sıra məmurlar ölkəyə xarici ölkələrdən işçi qüvvələr cəlb edir. Dövlət hətta ali təhsilliləri belə işlə təmin etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı həbsxanalarında heç bir cinayət törətməmiş və mühakimə edilməmiş 35 siyasi məhbus var.

Bir ildən artıqdır ki, ölkənin bir çox şəhərlərində xalqın seçdiyi hakimin ölkə başçısı olması tələbi ilə aksiyalar keçirilir.


Story Code: 224343

News Link :
https://www.islamtimes.org/az/news/224343/səudiyyəli-məhbusların-70-i-ali-təhsillidir

Islam Times
  https://www.islamtimes.org