QR CodeQR Code

Misir seçicilərinin 64 %-i yeni konstitusiyanı dəstəkləyib

26 Dec 2012 07:59

IslamTimes - Misirdə yeni konstitusiya ilə bağlı keçirilən referendumda seçicilərin 64%-i sənədin lehinə səs verib.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Misirin Mərkəzi Seçki Komitəsinin başçısı Əbu əl-Maat bildirib ki, islamçıların hazırladığı konstitusiya layihəsinin qəbul olunmasının lehinə 10 milyon 954 min seçici səs verib, əleyhinə isə 6 milyon 60 min səs verilib. Onun sözlərinə görə, referendum hakimlərin tam nəzarətə altında keçirilib. Bir necə seçki dairəsində qanunun pozulmasına görə, nəticələr ləğv edilib.

Yeni konstitusiya qəbul olunmaqla 2013-cü ilin əvvəlində Misirdə yeni parlament seçkiləri keçiriləcək.


Story Code: 225062

News Link :
https://www.islamtimes.org/az/news/225062/misir-seçicilərinin-64-i-yeni-konstitusiyanı-dəstəkləyib

Islam Times
  https://www.islamtimes.org