QR CodeQR Code

AB-dən Yunanıstana 49,1 milyard avro kredit

26 Dec 2012 09:48

IslamTimes - Mart ayına qədər Yunanıstan 49.1 milyard avro kredit veriləcək.


Pulun ilk hissəsi – 34.3 milyard avro bir neçə gün sonra veriləcək. Avropa maliyyə nazirlərinin məsələ ilə bağlı qərarına münasibət bildirən baş nazir Antonis Samaras bu qərardan məmnun olduğunu bildirib: “Yunan xalqının fədakarlığı hədər olmadı. Həmrəylik göstərir”.

Yunanıstan maliyyə naziri Yanis Sturanaras bunu Yunanıstan üçün gözəl bir gün adlandırıb: “Gözəl bir gündür. Amma səylər davam etdirilməlidir”.

Tezliklə veriləcək 34.3 milyard avronun 16 milyardı banklara yenidən sərmayə qoyulmasına, 7 milyard avrosu isə maddi ehtiyaclara, digər qismi isə kreditlərin ödənilməsi üçün istifadə olunacaq.


Story Code: 225082

News Link :
https://www.islamtimes.org/az/news/225082/ab-dən-yunanıstana-49-1-milyard-avro-kredit

Islam Times
  https://www.islamtimes.org