QR CodeQR Code

Hillari Klinton xəstəxanaya yerləşdirilib

31 Dec 2012 09:12

IslamTimes - ABŞ dövlət katibi Hillari Klinton tromb diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


APA-nın məlumatına görə, bu barədə CNN Klintonun köməkçisinə istinadən məlumat verir.

«Klinton bazar günü onda tromb aşkar olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Həkimlər trombun əmələ gəlməsini bu yaxınlarda dövlət katibinin beyninin silkələnməsi ilə əlaqələndirirlər», deyə telekanalın məlumatında vurğulanır.

Dekabrın ortalarında Klinton bağırsaq infeksiyası keçirib və nəticədə susuzluq səbəbindən huşunu itirib yıxılaraq beyin silkələnməsi alıb.

Həkimlər yaxın 48 saat ərzində Klintonu ciddi nəzarətdə saxlayacaqlar. Ona qanın laxtalanmasının qarşısını alan dərmanlar veriləcək. Bu barədə dövlət katibinin köməkçisi Filipp Reyns məlumat verib.

Yanvarın sonunda Klinton istefa verməlidir. Onu bu vəzifədə Senatın beynəlxalq əlaqələr komitəsinin başçısı Con Kerri əvəz edəcək.


Story Code: 226689

News Link :
https://www.islamtimes.org/az/news/226689/hillari-klinton-xəstəxanaya-yerləşdirilib

Islam Times
  https://www.islamtimes.org