0
Monday 31 December 2012 - 09:12

Hillari Klinton xəstəxanaya yerləşdirilib

Story Code : 226689
Hillari Klinton xəstəxanaya yerləşdirilib
APA-nın məlumatına görə, bu barədə CNN Klintonun köməkçisinə istinadən məlumat verir.

«Klinton bazar günü onda tromb aşkar olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Həkimlər trombun əmələ gəlməsini bu yaxınlarda dövlət katibinin beyninin silkələnməsi ilə əlaqələndirirlər», deyə telekanalın məlumatında vurğulanır.

Dekabrın ortalarında Klinton bağırsaq infeksiyası keçirib və nəticədə susuzluq səbəbindən huşunu itirib yıxılaraq beyin silkələnməsi alıb.

Həkimlər yaxın 48 saat ərzində Klintonu ciddi nəzarətdə saxlayacaqlar. Ona qanın laxtalanmasının qarşısını alan dərmanlar veriləcək. Bu barədə dövlət katibinin köməkçisi Filipp Reyns məlumat verib.

Yanvarın sonunda Klinton istefa verməlidir. Onu bu vəzifədə Senatın beynəlxalq əlaqələr komitəsinin başçısı Con Kerri əvəz edəcək.
Comment