QR CodeQR Code

Amerika pilotsuz təyyarələri Pakistanda daha 8 nəfəri qətliam etdi

8 Jan 2013 10:01

IslamTimes - Pakistan hakimiyyətinin bildirdiyinə görə, Amerikaya məxsus pilotsuz təyyarələr Əfqanıstan ilə sərhəd ərazidə yerləşən regiona raket zərbələri endirib.


Əməliyyat zamanı ən azı səkkiz nəfər həyatını itirib. ABŞ hərbçiləri onların yaraqlılar olduğunu iddia etsə də, Pakistan hakimiyyəti və şahidlər onların dinc vətəndaşlar olduğunu bildirir, - “RBK”.

Qətliam edilənlərin şəxsiyyətləri hələlik müəyyənləşdirilməyib. Amerikalıların bildirdiyinə görə, hücumların əsas hədəfi yaraqlıların sığınacaqları olub. Lakin, əməliyyatlar bu sığınacaqlardan xeyli aralı məsafədə aparılıb.

Xatırladaq ki, ötən gün ABŞ-a məxsus beş pilotsuz təyyarənin Pakistanın Şimali Vaziristan əyalətini bombalaması nəticəsində on səkkiz nəfər həyatını itirmişdi. /Deyerler/


Story Code: 229112

News Link :
https://www.islamtimes.org/az/news/229112/amerika-pilotsuz-təyyarələri-pakistanda-daha-8-nəfəri-qətliam-etdi

Islam Times
  https://www.islamtimes.org