QR CodeQR Code

Netanyaho: “İsrail indiyə qədər tutduğu Fələstin torpaqlarını qaytarmayacaq”

10 Jan 2013 09:40

IslamTimes - İsrail rejimini işğal etdiyi Fələstin torpaqlarını geri qaytarmaq niyyətində deyil.


Belə bir bəyanatla rejimin qondarma baş naziri Binyamin Netanyaho Qahirədə Fələstinin FƏTH və HƏMAS təşkilatlarının liderləri Mahmud Abbas və Xalid Məşəlin görüşünü şərh edərkən bildirib.

Fələstinin milli birlik naminə danışıqlar prosesini tənqid edən Binyamin Netanyaho qeyd edib ki, bu barışıq İsrail üçün təhlükəlidir. “Biz bilirik ki, bizim çəkiləcəyimiz bütün torpaqları HƏMAS tutacaq. Biz buna imkan verə bilmərik”, - deyə Netanyaho bildirib.

Qeyd edək ki, bundan öncə rejimin qondarma baş naziri bildirmişdi ki, HƏMAS istənilən an Fələstində hakimiyyəti ələ ala bilər. /Deyerler/


Story Code: 229830

News Link :
https://www.islamtimes.org/az/news/229830/netanyaho-israil-indiyə-qədər-tutduğu-fələstin-torpaqlarını-qaytarmayacaq

Islam Times
  https://www.islamtimes.org