0
Thursday 10 January 2013 - 09:40

Netanyaho: “İsrail indiyə qədər tutduğu Fələstin torpaqlarını qaytarmayacaq”

Story Code : 229830
Netanyaho: “İsrail indiyə qədər tutduğu Fələstin torpaqlarını qaytarmayacaq”
Belə bir bəyanatla rejimin qondarma baş naziri Binyamin Netanyaho Qahirədə Fələstinin FƏTH və HƏMAS təşkilatlarının liderləri Mahmud Abbas və Xalid Məşəlin görüşünü şərh edərkən bildirib.

Fələstinin milli birlik naminə danışıqlar prosesini tənqid edən Binyamin Netanyaho qeyd edib ki, bu barışıq İsrail üçün təhlükəlidir. “Biz bilirik ki, bizim çəkiləcəyimiz bütün torpaqları HƏMAS tutacaq. Biz buna imkan verə bilmərik”, - deyə Netanyaho bildirib.

Qeyd edək ki, bundan öncə rejimin qondarma baş naziri bildirmişdi ki, HƏMAS istənilən an Fələstində hakimiyyəti ələ ala bilər. /Deyerler/
Comment