QR CodeQR Code

Hacı Mövsüm Səmədov “İlin mənəviyyat adamı” seçilib

Faktxeber , 12 Jan 2013 23:42

İslamtimes - Azərbaycan Ziyalılar Birliyinin Ali Şurasının növbəti toplantısı keçirilib .


Bu barədə Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məlumat verib. Toplantıda bir sıra məsələlər müzakirə edilib. O cümlədən, Ziyalılar Birliyinin hər il seçdiyi “İlin mənəviyyat adamı”nın müəyyən edilməsi üçün komissiyanın hesabatı dinlənilib. Ziyalılar Birliyinin Ali Şurası yekdil qərarla Azərbaycan İslam Partiyasının sədri və lideri doktor Mövsüm Səmədovu ölkənin ictimai-siyasi həyatındakı layiqli mövqeyinə, milli-mənəvi və İslami dəyərlərin qorunaraq təbliğ edilməsində göstərdiyi əməli fəaliyyətinə görə “İlin mənəviyyat adamı” mükafatına layiq görüb. Ali Şura həmçinin hal-hazırda siyasi məhbus kimi zindan həyatı yaşayan Mövsüm Səmədovun sağlıq durumundakı yaranmış problemdən dərin narahatçılıq hiss keçirdiyini bildirir.


Story Code: 230622

News Link :
https://www.islamtimes.org/az/news/230622/hacı-mövsüm-səmədov-ilin-mənəviyyat-adamı-seçilib

Islam Times
  https://www.islamtimes.org