QR CodeQR Code

BMT nümayəndəsi İmam Əli(ə)nin məqbərəsini ziyarət edib

İslamtimes , 15 Jan 2013 00:15

İslamtimes - BMT baş katibinin İraq üzrə nümayəndəsi Martin Kobler mərceyi təqlid Ayətullah Əli əl Sistani ilə görüşməmişdən əvvəl İmam Əli(ə)nin ziyarətgahını ziyarət edib.


islamtimes.org/az/ - Martin Kobler Nəcəfdə əl Sistani ilə görüşdən sonra təşkil edilmiş mətbuat konfransında deyib: “Mən İraqın dini Mərcəəsinə ölkədəki problemləri həll etməsində xüsusi rol oynaması üçün mesaj gətirmişəm.”

O deyib ki, bizim bura gəlməkdə məqsədimiz bu yaxınlarda Ayətullah Sistaninin verdiyi bəyanat olub və bizim mesajımız ölkədəki problemi sülh və danışıq yolu ilə həll etməkdən ibarətdir.

O vurğulayaraq deyib ki, o Ayətullah Sistani ilə ölkədəki münaqişəni siyasi baxışlarda məzhəbi fəqrlilik olmadan dialoq vasitəsilə həll etməkdə razılığa gəlib.

BMT baş katibinin nümayəndəsi Martin Kolber deyib ki, onun Ayətullah Əli əl Sistani ilə görüşməsi BMT-nin İraqdakı siyasi partiyaların münaqişəni həll etmək üçün bir araya gəlməkdə müvəffəq ola bilməmək narahatlığından irəli gəlir.

O deyib: “BMT-nin nəzəri budur ki, hər bir şey qanun, konistitusiya və partiyaların ehtiyacları çərçivəsində həll edilməlidir.”

BMT-nin İraqdakı nümayəndəsi Martin Kobler bazar günü səhər Nəcəfə gələrək İama Əli(ə) məqbərəsini ziyarət etdikdən sonra Ayətullah Sistani ilə görüşümşdür.


Story Code: 231331

News Link :
https://www.islamtimes.org/az/news/231331/bmt-nümayəndəsi-imam-əli-ə-nin-məqbərəsini-ziyarət-edib

Islam Times
  https://www.islamtimes.org