0
Tuesday 15 January 2013 - 00:15

BMT nümayəndəsi İmam Əli(ə)nin məqbərəsini ziyarət edib

Story Code : 231331
BMT nümayəndəsi İmam Əli(ə)nin məqbərəsini ziyarət edib
BMT nümayəndəsi İmam Əli(ə)nin məqbərəsini ziyarət edib
Islam times.org/az/ - Martin Kobler Nəcəfdə əl Sistani ilə görüşdən sonra təşkil edilmiş mətbuat konfransında deyib: “Mən İraqın dini Mərcəəsinə ölkədəki problemləri həll etməsində xüsusi rol oynaması üçün mesaj gətirmişəm.”

O deyib ki, bizim bura gəlməkdə məqsədimiz bu yaxınlarda Ayətullah Sistaninin verdiyi bəyanat olub və bizim mesajımız ölkədəki problemi sülh və danışıq yolu ilə həll etməkdən ibarətdir.

O vurğulayaraq deyib ki, o Ayətullah Sistani ilə ölkədəki münaqişəni siyasi baxışlarda məzhəbi fəqrlilik olmadan dialoq vasitəsilə həll etməkdə razılığa gəlib.

BMT baş katibinin nümayəndəsi Martin Kolber deyib ki, onun Ayətullah Əli əl Sistani ilə görüşməsi BMT-nin İraqdakı siyasi partiyaların münaqişəni həll etmək üçün bir araya gəlməkdə müvəffəq ola bilməmək narahatlığından irəli gəlir.

O deyib: “BMT-nin nəzəri budur ki, hər bir şey qanun, konistitusiya və partiyaların ehtiyacları çərçivəsində həll edilməlidir.”

BMT-nin İraqdakı nümayəndəsi Martin Kobler bazar günü səhər Nəcəfə gələrək İama Əli(ə) məqbərəsini ziyarət etdikdən sonra Ayətullah Sistani ilə görüşümşdür.
Source : İslamtimes
Comment