QR CodeQR Code

İranla AEBA arasında müzakirələr bu gün də davam edəcək

17 Jan 2013 10:23

IslamTimes - Tehranda səfərdə olan Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyəti yanvarın 16-da İran tərəfi ilə 2 görüş keçirib.


APA-nın məlumatına görə, İranın nüvə proqramının müzakirə olunduğu görüşdə AEBA nümayəndə heyəti agentliyin icraçı direktorunun müavini Herman Nakertsin, qarşı tərəfi isə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyənin rəhbərliyi ilə iştirak edib. Qapalı qapılar arxasında keçirilən müzakirələrin təfərrüatıyla bağlı mətbuata açıqlama verilməyib. Yalnız danışıqların yanvarın 17-də də davam etdiriləcəyi bildirilib. Bu məlumat AEBA-nın mətbuat katibi Gill Tudor tərəfindən də təsdiq edilib.


Story Code: 231985

News Link :
https://www.islamtimes.org/az/news/231985/iranla-aeba-arasında-müzakirələr-bu-gün-də-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org