QR CodeQR Code

Səudiyyənin İslam alimləri krala qarşı etiraz edir

17 Jan 2013 16:30

IslamTimes - Səudiyyə Ərəbistanının yüzdən çox müsəlman alimi Səudiyyə Ərəbistanının kralına etiraz bəyanatı imzalayıb.


“Əl-Qasim” əyalətinin alimləri hakimiyyətdən siyasi məhbusların dərhal azad edilməsini tələb edir.

Alimlər kral rejimindən ədalətli davranmağı və siyasi fikirlərinə, habelə nümayişlərdə iştirakına görə həbs edilənlərin dərhal azadlığa buraxılmalarını istəyib.

Eyni zamanda qeyd olunub ki, səudiyyə həbsxanalarında illərdir məhkəmələrini gözləyən onlarla məhbus var. Onlar kral rejiminə qarşı çıxdığına görə heç bir məhkəmə qərarı olmadan həbs ediliblər. /Deyerler/


Story Code: 232075

News Link :
https://www.islamtimes.org/az/news/232075/səudiyyənin-islam-alimləri-krala-qarşı-etiraz-edir

Islam Times
  https://www.islamtimes.org