QR CodeQR Code

Əsgər ölümünə Türkiyədə də etiraz etdilər

21 Jan 2013 10:23

IslamTimes - Azərbaycandakı əsgər ölümlərinə etiraz məqsədilə yanvarın 19-da Türkiyənin İstanbul şəhərində aksiya keçirilib.


Taksim meydanında keçirilən aksiyanın təşkilatçıları tələbə-gənclər olub. Aksiyaçılar əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. Daha sonra Azərbaycanda əsgərlərin qeyri-döyüş şəraitində ölməsindən narahat olduqlarını bildiriblər. Onlar “Əsgər ölümlərinə son!” şüarları səsləndirib, bu məzmunda plakatlar və Azərbaycan bayraqlarını qaldırıblar.

Aksiyanın sonunda iştirakçıların İlham Əliyevə ünvanladıqları müraciət oxunub. /Azadlıq.info/


Story Code: 233114

News Link :
https://www.islamtimes.org/az/news/233114/əsgər-ölümünə-türkiyədə-də-etiraz-etdilər

Islam Times
  https://www.islamtimes.org