QR CodeQR Code

İsmayıllıda gecə toqquşmaları başlayıb

25 Jan 2013 00:26

IslamTimes - ÇPA tərəfindən toqquşmalar zamanı 2-3 ədəd həddindən artıq kəskin qaz şaşkaları atılıb.


İsmayıllıda bir qədər əvvəl polisin aksiyaçılarla üz-üzə gəlməsi barədə yerli mediada, özəlliklə "Dəyərlər" saytında məlumatlar yayılıb. Sayt xəbər yayəb ki, ÇPA tərəfindən toqquşmalar zamanı 2-3 ədəd həddindən artıq kəskin qaz şaşkaları atılıb. ÇPA zabitlərindən biri tabeliyindəki polislərə deyib: "Sizə demədikmi bu qadağan olunmuş bombadır, bunu atmayın!".

Sözü gedən bombalar aksiya iştirakçılarına doğru atılıb. Atılan qazlardan hətta əleyhqaz geyinmiş xeyli sayda ÇPA əməkdaşı zəhərlənərək yerə sərilib. Eynilə sakinlər arasında da xeyli insan zəhərlənərək küçələrdə yerə səriliblər.

Mərkəzdə məhəllə-məhəllə toqquşmalar gedir. Sakinlər təkər və sairələrdən barrikadalar quraraq müdafiə olunmağa çalışır. Vəziyyət həddən artıq kritikdir.

"Dəyərlər" gecə toqquşmalarından video kadrları və fotoları yayıb.

Hadisə yerindəki müxbirlərimiz deyirlər ki, toqquşmalar əsasən arxa küçələrdə, dalanlarda davam edir.


Story Code: 234388

News Link :
https://www.islamtimes.org/az/news/234388/ismayıllıda-gecə-toqquşmaları-başlayıb

Islam Times
  https://www.islamtimes.org