0
Friday 25 January 2013 - 00:26

İsmayıllıda gecə toqquşmaları başlayıb

Story Code : 234388
İsmayıllıda gecə toqquşmaları başlayıb
İsmayıllıda bir qədər əvvəl polisin aksiyaçılarla üz-üzə gəlməsi barədə yerli mediada, özəlliklə "Dəyərlər" saytında məlumatlar yayılıb. Sayt xəbər yayəb ki, ÇPA tərəfindən toqquşmalar zamanı 2-3 ədəd həddindən artıq kəskin qaz şaşkaları atılıb. ÇPA zabitlərindən biri tabeliyindəki polislərə deyib: "Sizə demədikmi bu qadağan olunmuş bombadır, bunu atmayın!".

Sözü gedən bombalar aksiya iştirakçılarına doğru atılıb. Atılan qazlardan hətta əleyhqaz geyinmiş xeyli sayda ÇPA əməkdaşı zəhərlənərək yerə sərilib. Eynilə sakinlər arasında da xeyli insan zəhərlənərək küçələrdə yerə səriliblər.

Mərkəzdə məhəllə-məhəllə toqquşmalar gedir. Sakinlər təkər və sairələrdən barrikadalar quraraq müdafiə olunmağa çalışır. Vəziyyət həddən artıq kritikdir.

"Dəyərlər" gecə toqquşmalarından video kadrları və fotoları yayıb.

Hadisə yerindəki müxbirlərimiz deyirlər ki, toqquşmalar əsasən arxa küçələrdə, dalanlarda davam edir.
Comment