QR CodeQR Code

Leyla Yunus İsmayıllı üsyanından danışdı

26 Jan 2013 10:15

IslamTimes - Leyla Yunus: “Aksiya zamanı vətəndaşlara qarşı güllə, səs bombası və digər vasitələrdən istifadə edən polislərin şərəfləri yoxdur”


AŞPA-nın siyasi məhbuslarla bağlı verdiyi qərar mənim üçün gözlənilməz oldu

Mən elə bilirdim ki, AŞPA-nın əksər üzvləri özlərinə hörmət edirlər və onlar imkan verməyəcəklər ki, Azərbaycan hökuməti bu məsələ də qalib gəlsin. Lakin gözləntilərimiz özünü doğrultmadı. İnanmırdım belə bir nəticə olacaq. 2001-ci ildən bu günə qədər birinci dəfədir ki, belə bir qərar qəbul edilir. Bu sözləri Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus AŞPA-nın siyasi məhbuslarla bağlı verdiyi qərara münasibət bildirərkən söyləyib.

İsmayıllı hadisələrinə də münasibət bildirən hüquq-müdafiəçisi qeyd etdi ki, aksiya zamanı vətəndaşlara qarşı güllə, səs bombası və digər vasitələrdən istifadə edən polislərin şərəfləri yoxdur: “Onlar nəyin ki, polis, hətta kişi belə deyillər. Yaşlı insanlara, uşaqlara və cavanlara qarşı zor tətbiq edən polislərin Xocalıdakı ermənilərdən heç bir fərqləri yoxdur. /Faktxeber/


Story Code: 234716

News Link :
https://www.islamtimes.org/az/news/234716/leyla-yunus-ismayıllı-üsyanından-danışdı

Islam Times
  https://www.islamtimes.org